Xəbərlər

Suriya prezidenti Türkiyəyə səfər edəcək

“Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Verilən məlumata görə, iki ölkə rəhbərləri arasında keçiriləcək danışıqlarda Suriyadakı son hadisələr bütün aspektlərdə müzakirə olunacaq, ölkədə iqtisadi dirçəliş, davamlı sabitlik və təhlükəsizliyi təmin etmək üçün iki ölkənin birgə atacağı addımlar dəyərləndiriləcək.

Danışıqlarda keçid administrasiyasına və Suriya xalqına çoxtərəfli platformalarda verilə biləcək dəstəyin müzakirə olunacağı da bildirilib.