“Suriya Türkiyə və Qətərdən iki üzən elektrik stansiyası alacaq. Beləcə əlavə 800 MVt elektrik enerjisi istehsal ediləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.
“Suriyaya Türkiyə və Qətərdən gətiriləcək iki üzən elektrik stansiyası 800 meqavat elektrik enerjisi istehsal edəcək ki, bu da Suriyada mövcud istehsal səviyyəsinin yarısına bərabərdir”, – məlumatda bildirilib.