Suriyanın yeni hakimiyyət orqanları ölkədə milli dialoq üçün konfransın keçirilməsinə hazırlaşacaq Milli Dialoqun Başlanmasına Hazırlıq Komitəsi adlı xüsusi komitənin formalaşdırılması prosesini başa çatdırıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya mətbuatı mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, komitənin tərkibinə ikisi qadın olmaqla yeddi nəfər daxildir.
Hələlik əlavə təfərrüatlar verilməyib.