Xəbərlər

Suriyanın iki naziri Türkiyəyə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcək. Eyni Zamanda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriyanın müdafiə naziri Mürhef Əbu Qəsrə ilə görüşəcək.

“Füyuzat”ın məlumatına görə, görüşlər barədə Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib: “Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani 13 avqust 2025-ci ildə ölkəmizə səfər edəcək. Xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcək”.

Görüşlərdə təhlükəsizlik məsələlərinin hərtərəfli müzakirə ediləcəyi, terrorla mübarizə sahəsində əməkdaşlığın müzakirə olunacağı gözlənilir.