Tacikistan prezidenti Emoməli Rəhmonla Belarusun hazırkı rəhbəri Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Rəhmon Lukaşenkonu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, dövlət başçıları ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər.