Xəbərlər

Tacikistan prezidenti MDB dövlət başçıları ilə görüşdə iştirak edəcək

Tacikistan prezidenti Emoməli Rəhmonun dekabrın 25-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə dövlət başçısının ofisinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, prezident səhər saatlarında Sankt-Peterburqa yola düşüb.