Xəbərlər

Tacikistanda MDB Hökumət Başçıları Şurası keçiriləcək

İyunun 5-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumət Başçıları Şurasının iclası, oktyabrın 10-da isə Tacikistanın paytaxtında assosiasiyanın sammiti keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri MDB xarici işlər nazirləri Şurasının iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“İyunun 5-də Düşənbədə Hökumət Başçıları Şurasının növbəti iclası keçiriləcək. Biz Tacikistanın paytaxtında Baş nazirlərin ölkəmizin təşəbbüsü ilə MDB iştirakçısı olan dövlətlər arasında ağır maşınqayırma sənayesinin inkişafı sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlarını gözləyirik”- nazir qeyd edib.