Ədəbiyyat Fidan Vahid Xəbərlər

Taleyini soysuzluq dərdindən qoru!  – Muxtar Şahanov

Fuyuzat.az olaraq Türk dünyasının böyük oğlu, Qazaxıstanın Xalq yazıçısı, şair Muxtar Şaxanovun şeirini oxucularımıza təqdim edirik:

Taleyini soysuzluq dərdindən qoru!
Hər insanın öz anasından başqa,
Qürbətdə onu hər an qoruyan, qayğısına qalan
dörd anası da olmalıdır – əsil dəyərə layiq:

Ana yurdu – əsas dayağı, əzəməti.
Ana dili – satılmayan sərvəti.
Əsas dayağı – örfü, qaydası, ənənəsi, adəti,
Hər addımına işıq saçan durmadan.
Xatirəsi kədərli və ağır olsa da,

Dördüncüsü – milli tarixdir, bunu bilməyən zərər çəkər.
Bu mənəvi dörd ananı qorumayan bir millətin
dərdi heç vaxt azalmamış, dərmanı tapılmamışdır.
Müqəddəs olan bu dörd ana həyatın öz mənasıdır,
Bu yolda mübarizə – zəhmətin ən ucasıdır!

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Fidan Vahid