Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
“İnsanlar inzibati qaydada saxlanılıb. Cəmi 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən çoxdur. Onlar tədricən məhkəməyə gətirilir. Çoxlarına böyük məbləğdə cərimələr kəsilir, bəziləri isə məhkəmə tərəfindən inzibati həbsə göndərilir”, – məlumatda qeyd olunub.