Xəbərlər

Tbilisidə polis parlamentə gedən küçələri bağlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidə parlament binasının xidməti girişlərinə gedən küçələri tamamilə bağlayıb.

“Füyuzat”ın məlumatına görə, DİN-in əməkdaşları, o cümlədən xüsusi təyinatlıların nümayəndələri parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib.

Qeyd edilib ki, parlament seçkilərinin nəticələrinə qarşı çıxan müxalifət və tərəfdarlar bazar günündən etibarən mitinq keçirir.