“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask iyunun 22-də sürücüsüz “robotaksi” xidmətini “şərti olaraq” işə salmağı planlaşdırdıqlarını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Mask “X” hesabında paylaşım edib.
Xidməti “müvəqqəti” olaraq xarakterizə edən Musk qeyd edib ki, Tesla “təhlükəsizlik mövzusunda həddindən artıq paranoyak olduğu” üçün tarixi dəyişə bilər.
ABŞ mətbuatında bildirilirdi ki, investorlar, Wall Street analitikləri və avtomobil həvəskarları sürücüsüz xidmətin istifadəyə verilməsini səbirsizliklə gözləyirlər.
Mask keçən ay CNBC-yə bildirib ki, taksilər əvvəlcə uzaqdan izləniləcək və şəhərin ən təhlükəsiz hesab edilən müəyyən ərazilərinə “geo-mühafizə” olunacaq.