Xəbərlər

Texasa asayişi qorumaq üçün Milli Qvardiya göndərilir

“ABŞ-ın Texas ştatına qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına qarşı başlayan etirazlar fonunda ictimai asayişi təmin etmək üçün Milli Qvardiya qoşunları yerləşdiriləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ştatın qubernatoru Qreq Ebbot məlumat verib.

“Texas Milli Qvardiyası sülh və asayişi təmin etmək üçün bütün ştatda yerləşdiriləcək. Dinc etirazlar qanunidir. Bir şəxsə və ya əmlaka zərər vermək qanunsuzdur və həbslə nəticələnəcək”, – o, “X”də yazıb.