Xəbərlər

Times: ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Storm Shadow”dan istifadə edir

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərindən Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün istifadəyə icazə verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“London bir neçə aydır ki, Rusiya Federasiyasının dərinliklərində “Fırtına Kölgəsi” zərbələri üçün Vaşinqtondan icazə almağa çalışır. Söhbət Britaniya raketlərindən getsə də, onların uğurlu istifadəsi Amerikanın istiqamətləndirmə sistemləri olmadan mümkün deyil”, – məlumatda bildirilib.