Xəbərlər

Tokayev: Türkmənistanın sülhməramlı təşəbbüsləri əhəmiyyətlidir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qlobal çağırışlar kontekstində Türkmənistanın sülhməramlı təşəbbüslərinin əhəmiyyətli olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan liderinin Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədova ünvanlanmış məktubunda qeyd edilib.

“Artan qlobal çağırışlar qarşısında Türkmənistanın sülhməramlı təşəbbüsləri müstəsna əhəmiyyət kəsb edir və bütün dünya ictimaiyyətinə xatırladır ki, yalnız sülh, etimad və həmrəyliyin möhkəmləndirilməsi ilə bütün xalqların rifahı və firavanlığına əsaslanan gələcək qurmaq mümkündür. Dünyanın ortaq dəyərlərini bölüşən, çoxəsrlik dostluq və strateji tərəfdaşlıq ruhuna möhkəm sadiq qalan Qazaxıstan ümumbəşəri tərəqqi naminə bu nəcib məqsədlərə nail olmaq üçün Türkmənistana bundan sonra da hərtərəfli dəstək verməyə hazırdır”, – prezident qeyd edib.