“Hindistan, Yaponiya və Koreya Respublikası da daxil olmaqla 100-dən çox ölkə Birləşmiş Ştatlarla ticarət razılaşmalarını müzakirə edir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Artıq yüzdən çox ölkə var ki, səhər, günorta və axşam bizə razılığa gəlmək ümidi ilə zəng edir. İndiki mərhələdə ABŞ-la ticarət sazişi bağlamaq istəməyən dövlətlər 30-40-50-60 faiz dəyərində rüsum ödəməli olacaqlar”, — dövlət başçısı əlavə edib.