Xəbərlər

Tramp: ABŞ Cənubi Afrikaya bütün maliyyə dəstəyini kəsəcək

“Vaşinqton Cənubi Afrikada insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər bu ölkəyə bütün maliyyə yardımını dayandıracaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Cənubi Afrikada torpaqları müsadirə edirlər və müəyyən təbəqələrə qarşı çox pis rəftar olunur. Ölkə radikal sol medianın dilə gətirmək istəmədiyi pis durumla qarşılaşıb. İnsanların haqları pozulur. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Bundan əlavə, mən bu vəziyyətin tam təhqiqatı başa çatana qədər Cənubi Afrikaya gələcək bütün maliyyə yardımını dayandıracağam”, – Tramp bildirib.