Xəbərlər

Tramp ABŞ-ın Mərkəzi və Afrika Komandanlığının rəislərini dəyişəcək

ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi və Afrika Komandanlıqlarının (CENTCOM və AFRICOM) yeni rəhbərləri vəzifəsinə namizədlərini təqdim edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun bəyanatında qeyd olunub.

Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Çarlz Kuper II admiral rütbəsi ilə CENTCOM rəhbərliyinə, Hərbi Hava Qüvvələrinin general-leytenantı Daqvin Anderson isə general rütbəsi ilə AFRICOM-un rəhbəri vəzifəsinə irəli sürülüb.

Qeyd edək ki, onların namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.