Xəbərlər

Tramp: ABŞ İrana uranın zənginləşdirilməsinə icazə verməyəcək

“ABŞ hakimiyyəti İrana uranı zənginləşdirməyə icazə verməyəcək. Bu isə Vaşinqtonun Tehranla “bir növ münasibət” qurmasına imkan verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun Haaqa sammitində ABŞ prezidenti Donald Tramp deyib.

“İran hakimiyyəti nüvə çalışmalarına yenidən başlamaq istəyir və biz buna imkan verməyəcəyik. Düşünürəm ki, son nəticədə bizim İranla hansısa münasibətimiz qurulacaq”, – Tramp bildirib.