“Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və ticarət kəsirinə əhəmiyyətli miqdarda pul xərcləyə bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində deyib.
“Bu, qeyri-mümkündür. ABŞ ticarətdən 1,9 trilyon dollar itirə bilməz. Biz bunu edə bilmərik, həm də NATO-ya Avropa ölkələrini qorumaq, onların hərbi cəhətdən boşluqlarını ört-basdır etmək üçün çoxlu pul xərcləyə bilərik. Bütün bunlar çılğınlıqdır və mən bunu nəzərə alaraq seçilmişəm. Biz bunu hər kəsə izah etdik”, – dövlət başçısı qeyd edib.