Xəbərlər

Tramp: ABŞ Rusiya və Ukrayna ilə görüşlər planlaşdırır

“ABŞ hökuməti Rusiya və Ukrayna ilə görüşlər planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz çox gərgin həftəsonu keçirdik. İsrail, Ukrayna və Rusiya ilə əlaqələrimiz davam edir. Ukrayna və Rusiya da daxil olmaqla, müxtəlif tərəflərlə görüşlərimiz və danışıqlarımız planlaşdırılır. Məncə, bu istiqamətdə müzakirələr kifayət qədər yaxşı gedir”, – Tramp əlavə edib.