Xəbərlər

Tramp: ABŞ yarımkeçiricilərin idxalına rüsumlar tətbiq edəcək

“Birləşmiş Ştatlar yarımkeçiricilər və əczaçılıq məhsullarının idxalına, polad və bəzi digər mallara tariflər tətbiq edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının hakim Respublikaçılar Partiyasının fraksiyasında çıxışı zamanı bildirib.

“Yaxın gələcəkdə biz bu kritik malların istehsalını Amerika Birləşmiş Ştatlarına qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çiplərinə, yarımkeçiricilərə və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik”, – prezident qeyd edib.