“ABŞ hökuməti “Qızıl Qübbə” adlı yeni raketdən müdafiə sistemini hazırlayıb yerləşdirməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda çıxışı zamanı bildirib.
“Baş komandan kimi diqqətimi gələcəyin ən güclü ordusunun qurulmasına yönəldirəm. İlk addım olaraq mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-da hazırlanmış ən qabaqcıl raketdən müdafiə qalxanının – “Qızıl Qübbə”nin yaradılmasını maliyyələşdirməsini xahiş edirəm”, – o qeyd edib.