“Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-a münasibəti pisdir, halbuki ABŞ onları qoruyur və ticarət əlaqələrindən böyük fayda əldə etməyə imkan verir”.
“Füyuzat”ın məlumatına görə, bunu keçmiş Amerika Prezidenti Donald Tramp söyləyib.
“Aİ-nin bütün iqtisadiyyatlarını cəmləsəniz, ancaq o halda ABŞ-la demək olar ki, müqayisə oluna bilər, lakin Vaşinqton Ukraynaya kollektiv müdafiə və yardım üçün daha böyük məbləğlər ayırır”, – məlumatda qeyd olunub.