ABŞ prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə güclərinin arsenallarını genişləndirməsini qəbuledilməz hesab edir. O, həmçinin ABŞ-ın nüvə başlıqlarının sayını azaltmaq üçün Rusiya və Çinlə danışıqlar aparmasının tərəfdarıdır.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilən investisiya forumunda deyib.
“Bunun baş verməsinə heç vaxt icazə verilməməlidir. Əgər belə olsa, dünya məhv olacaq. Biz başqa ölkələrin nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Bura təkcə İran deyil, digər ölkələr də aiddir”, – Tramp qeyd edib.