Xəbərlər

Tramp: Bütün girovlar azad edilməsə, HƏMAS üzvləri öldürüləcək

ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatından Qəzza zolağında saxlanılan bütün girovları dərhal azad etməyi və ölənlərin cəsədlərini təhvil verməyi tələb edib və bunu “son xəbərdarlıq” adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Donald Tramp “Truth Social”da yazıb.

“Girovların hamısını indi buraxın, sonra deyil. Və öldürdüyünüz bütün insanların cəsədlərini dərhal qaytarın, yoxsa nəticəsi sizin üçün pis olacaq. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm və siz mənim dediklərimi etməsəniz, heç bir HƏMAS üzvü təhlükəsizlikdə olmayacaq”, – deyə Tramp bildirib.

“Bu, son xəbərdarlıqdır! HƏMAS rəhbərliyinə gəlincə, hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır. Əgər girovları saxlamağa davam etsəniz siz ölüsünüz! Ağıllı qərar verin. Girovları indi azad edin, əks halda bu sizə sonradan çox baha başa gələcək”, – o, sözlərini tamamlayıb.