Xəbərlər

Tramp: Çin “Boeing” müqaviləsindən geri çəkilir

“Çin “Boeing”lə bağlanmış böyük razılaşmadan çıxıb və təyyarələri təhvil almayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

ABŞ sahibkarlarının Çinlə ticarət müharibəsində ön sıralarda olduğunu ifadə edən Tramp Çinin ölkədəki sahibkarlara qarşı mərhəmətsiz olduğunu bildirib.

“Maraqlıdır ki, onlar böyük “Boeing” müqaviləsindən çıxdılar, dedilər ki, öhdəlik götürdükləri təyyarələri təhvil almayacaqlar”, – Tramp yazıb.