Xəbərlər

Tramp: Çinlə razılaşacağıq

“Çinə tətbiq etdiyim tariflərlə dünya tarixinin ən böyük iş oğurluğuna son qoyuruq. Onlar bizimlə razılaşmaq istəyirlər. Buna nail olacağıq, bu razılaşma ədaləti olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

“Mən Vaşinqtonda 100 gündə təxminən 100 ilin ən köklü dəyişikliyini etdim. Biz sərhəd təhlükəsizliyini təmin etmək üçün addımlar atırıq. 3 ay ərzində həm daxili, həm də xarici siyasətdə mühüm işlər gördük”, – dövlət başçısı əlavə edib.