ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə 60 gün ərzində Amerikanın “Dəmir Qübbə” raketindən daha effektiv olacaq müdafiə sistemi üçün dizayn və yerləşdirmə planını təqdim etməyi tapşırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Ballistik, hipersəs, qanadlı raketlər və digər qabaqcıl hava-desant silahlarından hücum təhlükəsi ABŞ-ın üzləşdiyi ən fəlakətli təhlükə olaraq qalır. Müdafiə naziri bu fərmanın dərc edildiyi gündən 60 gün müddətində yeni raketin yaradılmasının arxitekturasını və planını prezidentə təqdim etməlidir”, – sərəncamda vurğulanıb.