Xəbərlər

Tramp: İran Qəzza nizamlanması üzrə danışıqlarda iştirak edir

“İran Qəzza zolağında atəşkəs və İsrail ilə HƏMAS hərəkatı arasında girovların mübadiləsinə dair danışıqlarda iştirak edir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Hazırda ABŞ, HƏMAS və İsrail arasında Qəzza zolağı ilə bağlı genişmiqyaslı danışıqlar gedir. İran da bu danışıqlarda iştirak edir. Gəlin görək Qəzza ilə bağlı nə baş verəcək?! ABŞ silahlılar tərəfindən saxlanılan girovların azad edilməsini təmin etmək istəyir”, – Tramp əlavə edib.