Xəbərlər

Tramp İrana nüvə sazişi təklif edib

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sülh sazişinin bağlanmasını təklif edib və tərəflərin həmin şərtlərə əməl etməsini lazım bilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Truth Social”da yazıb.

“Mən İranın sülh şəraitində inkişaf etməsinə və çiçəklənməsinə imkan verən nəzarətli, dinc nüvə sazişinə üstünlük verərdim. Sazişin üzərində dərhal işə başlamalıyıq. Müqavilə imzalananda və ratifikasiya edildikdən sonra böyük bir Yaxın Şərq planına sahib olmalıyıq”, – Tramp qeyd edib.