Xəbərlər

Tramp: İrana təklif edəcəyim heç nə yoxdur

“İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra İran tərəfi ilə heç bir əlaqəm olmayıb. İrana təklif edəcəyim yeni heç nə yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində Vaşinqtondan milyardlarla dollar alıb. ABŞ 2018-ci ildə sazişdən çıxdı, bundan sonra İran da nüvə sazişindən imtina etdi. İrana heç nə təklif etmirəm. Onlarla danışıqlar belə aparmıram, çünki biz onların nüvə obyektlərini tamamilə məhv etmişik”, – Tramp deyib.