“Əgər siz keçmiş Prezidentlərə və ya prezidentliyə namizədlərə hər hansı bir şəkildə hücum etsəniz, ölkəniz məhv olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın keçmiş Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İran tərəfinə müraciətində deyib.
“Əgər mən Prezident olsaydım, bizi təhdid edən ölkəyə, yəni İrana deyərdim ki, əgər siz bizə hər hansı bir şəkildə zərər versəniz, sizin ən böyük şəhərlərinizi və ölkənizi məhv edəcəyik. Bildiyiniz kimi, mənim həyatıma iki dəfə sui-qəsd cəhdi olub və İranın bu sui-qəsdlərdə əlinin olub-olmamasını hələ də bilmirik”, – Tramp bildirib.