Xəbərlər

Tramp: İranın uranı zənginləşdirməsinə icazə verməyəcəyik

“Mənim administrasiyam Tehranın nüvə proqramı üzrə potensial razılaşmanın bir hissəsi kimi uranı zənginləşdirməyə icazə verməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində qeyd edib.

“ABŞ-ın keçmiş prezidenti Co Bayden İranda uranın zənginləşdirilməsini çoxdan dayandırmalı idi. Potensial razılaşmamıza əsasən, biz uranın heç bir şəkildə zənginləşdirilməsinə icazə verməyəcəyik!” – prezident əlavə edib.