Xəbərlər

Tramp: İranla münaqişədə İsrail çox əziyyət çəkdi

“İran ballistik raketlərdən istifadə edərək İsrailə ciddi ziyan vurub”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə alyans sammiti çərçivəsində keçirilən görüşdə deyib.

“İsrail İranla baş verən münaqişədə çox pis əziyyət çəkdi, xüsusilə də bu son günlərdə. Ölkə ərazisində bir çox binalar dağıdılıb”, – Tramp əlavə edib.