Xəbərlər

Tramp: Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, onun xüsusi elçisi Keyt Kelloq yaxın vaxtlarda Ukraynaya səfər etmək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Amerika lideri onun xüsusi nümayəndəsinin Rusiya və Ukraynaya səfərinin bu həftə, yoxsa yaxın gələcəkdə baş tutacağı ilə bağlı suala müsbət cavab verib.

“O, yaxşı işlər görür. Bizdə müxtəlif məsələlər üzərində işləyən çoxlu insan var”, – Tramp əlavə edib.