Xəbərlər

Tramp: Misir və İordaniyanın fələstinliləri qəbul edəcəyinə əminəm

ABŞ prezidenti Donald Tramp Misir və İordaniyanın İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında evlərini itirmiş fələstinliləri qəbul edəcəyinə əminliyini ifadə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində deyib.

“Misir və İordaniya bunu edəcək. Biz də onlar üçün çox şey edirik”, – prezident qeyd edib.