“Birləşmiş Ştatlar Ukraynaya silah tədarükünü artırmaq barədə düşünməyə hazır ola bilər, lakin mən hesab edirəm ki, münaqişə həll olunacağı üçün buna ehtiyac olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Açığı, mən müsbət düşünməyi xoşlayıram. Düzünü desəm, onların bu münaqişəni davam etdirməyə qərar verəcəklərinə inanmıram. Ancaq Moskva sülhə maneə olarsa, Vaşinqton Ukraynanın əlavə silahlanması imkanını nəzərdən keçirəcək”, – Tramp əlavə edib.