Xəbərlər

Tramp: Münaqişə bitdikdən sonra fələstinlilərin Qəzzaya qayıtması səhv olardı

“İsraillə münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına icazə verilməsi səhv olardı”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Məncə, fələstinlilərə icazə vermək, yəni qəzzalıların geri qayıtmasına icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın geri qayıtmasını istəmirik. Mən Qəzzanı böyük bir daşınmaz əmlak parçası kimi düşünürəm, ABŞ ona sahib olacaq və yavaş-yavaş onu inkişaf etdirəcək. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq”, – məlumatda bildirilib.