Xəbərlər

Tramp: Ölkəmiz silah arsenalını tarixdə görünməmiş şəkildə artırır

“ABŞ Silahlı Qüvvələri öz silah arsenalını tarixdə görünməmiş şəkildə artırır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində qeyd edib.

“Mən indicə ordumuzun rəhbərliyi ilə gözəl söhbət etdim. Bu, indiyə qədər malik olduğumuz ən güclü ordudur. Ölkəmiz sürətli şəkildə silah toplayır. Buna baxmayaraq ümid edirəm ki, biz bu silahlardan heç vaxt istifadə etməyəcəyik”, – Tramp əlavə edib.