Xəbərlər

Tramp: Putinin imzalanacaq sülh razılaşmasını pozmayacağına əminəm

“Rusiya prezidenti Vladimir Putinin Ukrayna problemini həll etmək məqsədilə imzalanacaq sülh sazişini pozmayacağına ürəkdən inanıram”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı bildirib.

O qeyd edib ki, Ukrayna münaqişəsini müzakirə etmək üçün Putinlə görüşə hazırlaşarkən həmkarının niyyətinə şübhə ilə yanaşmayıb.

“Onun sözünü pozacağına inanmıram. Müqavilə bağladıqdan sonra onun yenidən hücum edəcəyini düşünmürəm. Məncə, müqavilə qüvvədə qalacaq. Çünki onların təhlükəsizliyi də təmin olunacaq” , – Tramp bildirib.