ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəni həll etmək istəyinə əmin olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Ağ Ev” dövlət başçısına istinadən məlumat yayıb.
“Düşünürəm ki, Putin Ukraynadakı münaqişənin bitməsini istəyir. Və biz müharibəni mümkün qədər tez bitirmək üçün çalışacağıq. Bu, dəhşətli vəziyyətdir. Çox uzaq olmayan gələcəkdə atəşkəs əldə edəcəyik”, – Tramp bildirib.