Xəbərlər

Tramp: Qəzza zolağı ABŞ-ın müdaxiləsindən sonra “azadlıq zonası”na çevriləcək

“ABŞ anklavdakı işlərə qoşulduqdan sonra Qəzza zolağını “azadlıq zonası”na çevirə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

“Mənim Qəzza üçün çox yaxşı bir konsepsiyam var: onu azadlıq zonasına çevirmək. Buna görə, ABŞ hadisələrə müdaxilə edəcək və Qəzzanı azadlıq zonasına çevirəcək”, – Amerika lideri bildirib.

Tramp əlavə edib ki, onun planı anklavda yaxşı şeylərin baş verməsinə imkan vermək və “insanları təhlükəsizlikdə ola biləcəkləri nöqtəyə çatdırmaqdır”.