Xəbərlər

Tramp: Rusiya və Çin ABŞ-ın düşməni deyil

“Rusiya və Çin ABŞ-ın düşməni deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bloger Faroq Sarmad ilə müsahibəsində deyib.

“Ətrafımızda çoxlu xarici qüvvələr var ki, onların çoxu bizim düşmənimizdir. Siz düşmən dedikdə Rusiya və Çini nəzərdə tutursunuz. Mən bilmirəm onlar düşməndilər, yoxsa, yox. Mənə elə gəlir ki, biz həm Çinlə, həm də Rusiya ilə çox yaxşı münasibətlər quracağıq”, – Tramp bildirib.