ABŞ prezidenti Donald Tramp iyulun 1-dən Suriyaya qarşı sanksiyaların ləğvi haqqında sərəncam imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin bəyanatında qeyd olunub.
“Amerika lideri ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək üçün Suriyaya qarşı sanksiyalar proqramını dayandıran sərəncam imzalayıb. Sərəncam Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara, narkotik alverçilərinə və kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslərə qarşı sanksiyaları saxlamaqla Suriya dövlətinə qarşı olan sanksiyaları ləğv edir”, – məlumatda bildirilib.