“Vaşinqton və Pekinin ticarət tariflərini artırması iki ölkə arasında qarşıdurmanın daha da kəskinləşməsinə təhlükə yaratmır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, Çin prezidenti Si Cinpin çox ağıllı adamdır. Mənim fikrimcə, biz hər iki tərəf üçün uğurlu bir razılaşma əldə edəcəyik. Çin rəhbərliyinin ABŞ-la münasibətlərdə gərginliyin artmasına imkan verməyəcəyinə əminəm. Biz çox güclüyük, ölkəmiz çox güclüdür. Bizim heç kimin bilmədiyi silahlarımız var, onlar dünyanın ən güclü silahlarıdır, heç kimin görmədiyi bu silahlar hər şeydən daha güclüdür”, – Tramp vurğulayıb.