ABŞ prezidenti Donald Tramp bir gün Ukraynanın “Rusiyaya çevrilə biləcəyini” etiraf edib və Amerika hökumətinin Ukraynadan xərclədiyi bütün pulları “geri qaytarmaq” istəyəcəyini istisna etməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika mətbuatı məlumat yayıb.
“Biz yüzlərlə milyard dollar xərcləyirik. Onlar bir gün Rusiyaya çevrilə də bilər, çevrilməyə də bilər. Hər halda bizim pulumuz oradadır və mən onu geri istəyirəm”, – Tramp bildirib.



