“Ukrayna böhranı NATO ölkələrinə müdafiə xərclərinin ÜDM-in 4-5%-ə qədər artırılmasının zəruriliyini açıq şəkildə nümayiş etdirdi”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Ukraynadakı fəlakət Böyük Britaniya və NATO-nun digər tərəfdaşları üçün öz müdafiə imkanlarına böyük sərmayə qoymağın nə üçün bu qədər vacib olduğunu nümayiş etdirir. Bir çox hallarda ÜDM-in 4%-i və ya 5%-i məqsədəuyğun olacaq”, – o bildirib.