Xəbərlər

Tramp: Ukrayna ilə müqavilə 1 trilyon dollar dəyərində ola bilər

“ABŞ-ın Ukrayna ilə nadir metallara dair müqaviləsi 1 trilyon dollar dəyərində ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bu, çox böyük sövdələşmədir. Təxminən 1 trilyon dollarlıq dəyərində sövdələşmə bağlaya bilərik. Biz Ukraynaya yardıma 350 milyard dollar xərcləmişik. Avropa onların pullarını geri alacaq, çünki onlar bunu kredit kimi göndəriblər. İndi amerikalı vergi ödəyicisi də pullarını geri alacaq”, – Tramp qeyd edib.