Xəbərlər

Trinidad və Tobaqo Fələstinin müstəqilliyini tanıyıb

Karib hövzəsi ölkəsi Trinidad və Tobaqo Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Trinidad və Tobaqo Respublikası Hökuməti Nazirlər Kabinetinin bugünkü iclasında Fələstin dövlətini rəsmən tanımaq barədə qərar qəbul edib. Trinidad və Tobaqo Respublikası tərəfindən Fələstin dövlətçiliyinin tanınması bu məsələdə artan beynəlxalq konsensusu gücləndirməklə davamlı sülhün əldə edilməsinə kömək edəcək”, – bəyanatda deyilir.

Bu günə olan məlumata görə, BMT-yə üzv olan 193 ölkədən 141-i Fələstini müstəqil dövlət kimi tanıyır. Fələstinin 95 ölkədə səfirlikləri və daimi nümayəndəlikləri var.