Mayın 5-də Türkiyənin nüfuzlu gənclər təşkilatlarını birləşdirən Türkiyə Gənclər QHT-ləri Platformasının (TGSP) rəhbər heyəti Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) qonağı olub.
“Füyuzat” xəbər verir ki, görüşdə TGSP-nin sədri Ali Haydar Ustaosmanoğlu, sədr vəkili Kürşat Karaca, sədr müavini Muhammed Şamil Kılıçparlar, İdarə Heyətinin üzvü Ahmet Özdinç, baş koordinator Ahmet Sözbilir və baş direktor Yavuz Kaan Akın iştirak ediblər.
Görüş zamanı qonaqlara MİMTA Fondunun fəaliyyət istiqamətləri, milli mədəni irsimizin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, gənc nəslin öz köklərinə və mədəniyyətinə bağlı ruhda yetişməsi hər iki qurumun ortaq hədəflərindən biridir.
TGSP rəhbərliyi platformanın fəaliyyəti, gənclər sahəsində həyata keçirdikləri lobbiçilik, potensialın artırılması və ortaq layihə istehsalı təcrübələrini bölüşüblər.
Görüşdə iki ölkənin gəncləri arasında mədəni bağların gücləndirilməsi, birgə beynəlxalq layihələrin icrası və QHT-lərarası təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb



